FutbolIdman

FİFA və UEFA nümayəndələri danışılmış oyunlarla bağlı görüş keçirib

İki gün davam edən görüşdə FİFA nümayəndəsi Stephanie Eichenberger,  UEFA nümayəndəsi Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Topaz Premyer Liqası və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar.

FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!