Filarmoniyada Niyazinin xatirəsi yad olunub
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Əməkdar Artist Gülnaz İsmayılovanın solo konserti olub.
Frame.az xəbər verir ki, filarmoniyanın layihəsi əsasında reallaşan “Həyat musiqidir” adlı konsert proqramı maestro Niyazinin xatirəsinə həsr olunub.
Konserti ifaçıları Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə AzTV-nin Niyazi adına Simfonik Orkestri müşayiət edib.
Proqram boyu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.