CinemaEventsTəqdimatƏyləncə

“Filmimizdə heç bir şit zarafatlardan istifadə olunmayıb”

Ssenari müəllifinin Hacı Murad, rejissorunun isə Elşad Zarafatsızın olduğu “Həci Başqadır” filminin möhtəşəm qala gecəsi baş tutdu.

Frame.az xəbər verir ki, “action” və romantik komediya janrında olan ekran işinin təqdimat gecəsinə sənət dünyasından olan bir çox məşhur simalar qatılıblar.

Filmdə baş rolda yer alan aktrisa Gülşən Hüseynli bu barədə saytımıza açıqlamasında bunları deyib:

“Mən bu filmdə baş rolda oynamışam. Film “action” və romantik komediya janrındadır. Əsas odur ki, heç bir jarqon sözlərdən və şit zarafatlardan istifadə olunmayıb. Digər filmlərdən fərgli olaraq ailə ilə rahat şəkildə izləyə bilərsiniz”.

Bundan əlavə, cazibədar aktrisa bir müddət öncə çəkildiyi və baş rolda oynadığı türk filmi “Yanlış Anlama-2”nin ilk dəfə olaraq Fox Tv-də, yeni adı ilı Now Tv-də iyun ayının 3-ü ilk dəfə olaraq tv də yayımlanacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!