Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı keçirilən məqalə müsabiqəsi davam edir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Formula 1 dünya çempionatının 70 illiyi və Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə keçirdiyi məqalə müsabiqəsi davam edir.

Frame.az BŞH-yə istinadla xəbər verir ki, yanvarın 31-dək davam edəcək müsabiqəyə qatılmaq istəyənlər hazırladığı məqalələri elektron formada media@bakugp.az e-mail ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

Müsabiqəyə yalnız yerli çap və ya onlayn mediada müsabiqə elanından sonra yayımlanmış məqalələr təqdim oluna bilər. Məqalə Formula 1 Azərbaycan Qran-Prisi ilə birbaşa əlaqəli olmalıdır. Yazı Azərbaycan və ya Rus dilində, məqalənin uzunluğu isə

500-1000 söz aralığında olmalıdır. Yazıda video, foto və ya infoqrafika kimi müxtəlif vizual elementlərə yer verilməsi üstünlükdür.

Yazı orijinal olmalıdır, faktlara əsaslanmalıdır, plagiatlığa qəti şəkildə yol verilmir və istifadə olunmuş məlumatların ilkin mənbəsi göstərilməlidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: