Formula 1 Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti(BŞH) Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçıların nəzərinə çatdırır ki, aprelin 3-dən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişmək mümkün olacaq. Bu proses aprelin 29-a yarış başlayanadək davam edəcək.
Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.
Onlayn alınan bilet vauçerləri 2018 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.
Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.
Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.
Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com
№: | Satış nöqtələri: | Ünvan: | İş saatları: | Fasilə: | Əlaqə nömrəsi: |
1 | Park Bulvar | Neftçilər Prospekti 92 | 10:00-22:00 | – | (+99477) 600 00 60 |
2 | 28 Mall | 28 May m.; Azadlıq pr.; 2-ci mərtəbə | 10:00-22:00 | – | (+99412) 499 87 79 |
3 | Gənclik Mall | Gənclik m.; Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə |
10:00-22:00 | – | (+99412) 599 15 60 |
4 | Port Baku | Neftçilər pr. 151 | 10:00-22:00 | (+99477) 600 00 60 | |
5 | Kiosk 1 | M.Rəsulzadə 3. (Azərb. k/t yaxınlığı) | 10:30-18:30 | 15:00-16:00 | (+99412) 598 17 72 |
6 | Kiosk 2 | Sahil m.; Bül-bül prospekti, Nizami küç. (Kontinental) |
11:00-19:00 | 15:00-16:00 | (+99412) 598 17 74 |
7 | Kiosk 3 | Üzeyir Hacıbəyov küç.69 (Hökümət evinin arxası) | 10:00-18:00 | 14:00-15:00 | (+99412) 598 17 73 |
8 | Heydər Əliyev Sarayı | Bül-Bül pr.35. | 11:00-19:00 | 14:00-15:00 | (+99412) 498 84 70 |
9 | ASAN 1 | Həsən Əliyev küç.36, İnqilab | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
10 | ASAN 2 | Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
11 | ASAN 3 | Abbas Mirzə Şərifzadə 157, Yasamal | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
12 | ASAN 4 | Sülh 197, Bakıxanov, Sabunçu | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |
13 | ASAN Sumqayıt | Bakı 15-ci məhəllə 42d, Sumqayıt, Sumqayıt | I-V: 10:00 – 19:00 VI-VII: 10:00 – 17:00 |
14:00-15:00 | (+99477) 600 00 60 |