Baku City CircuitFormula 1MusiqiƏn Son

Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramına möhtəşəm şou ilə yekun vurulub

Aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da maraqlı əyləncə proqramı təşkil edilib.

Frame.az xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Dua Lipa Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

Biletləri tamamilə satılan konsertləri və hit mahnıları ilə 2017-ci ili başa vuran Dua Lipa 8,5 milyon sinql və 1,5 milyon albom sataraq ötən il “Spotify”da ən çox dinlənilən britaniyalı qadın ifaçı adına layiq görülüb.

Duanın “YouTube”da baxış sayı 1 milyardı keçən “New rules” adlı mahnısı Böyük Britaniya mahnı çartlarında 2 həftə 1-ci yerdə olub. Bununla da müğənni 2015-ci ildən bəri Adeldən sonra Böyük Britaniyada 1-ci pillədə qərarlaşan ilk solo qadın ifaçıdır.

Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig səhnəyə çıxaraq əyləncəsevərlərə maraqlı gecə təqdim edib.

Paris əsilli musiqiçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir. Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənilən trek adına sahiblənib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjiman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib.

Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm şou ilə başa çatıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!