Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir. Yarışın əsas hazırlıq mərhələlərindən biri olan Uniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb. Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 19 avqustdan etibarən fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər.

Xatırladaq ki, bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxın könüllü yarışın təşkilinə cəlb olunub.

Qeyd edək ki, bu il Bakının 8-ci dəfə ev sahibliyi etdiyi Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 13-15 sentyabrda baş tutacaq.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!