Formula 1: Şarl Leklerin idarə etdiyi bolid Azərbaycan Qran-Prisində yeni sürət qutusu ilə təchiz olunacaq

“Ferrari” komandasının pilotu Şarl Leklerin idarə etdiyi bolid iyunun 4-6-da Bakı şəhər halqasında baş tutacaq Formula 1 Azərbaycan Qran-Prisində yeni sürət qutusu ilə təchiz olunacaq.

Monakoda seçmə mərhələdə baş verən qəzadan sonra sürücünün avtomobilindəki sürət qutusunun zədələnmədiyi məlum olsa da, “Ferrari” təhlükəsizlik tədbirləri ilə əlaqədar onu yeniləməyi qərara alıb.

Monakolu pilotun bolidinin sürət qutusunun dəyişdirilməsi ilə əlaqədar Formula 1 tərəfindən hər hansı cərimə tətbiq olunmayacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: