Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
Formula 1-in idman direktoru bildirib ki, cümə gününün cədvəlinə yenidən baxılacaq, lakin xəbərdarlıq edib ki, kəskin dəyişikliklər gözləməyə dəyməz. Xatırladaq ki, Yaponiya Qran-Prisində təsnifat qasırğaya görə bazar gününün səhər saatlarına keçirilib.
Frame.az xəbər verir ki, Formula 1-in mətbuat xidməti Braunun bu sözlərini sitat gətirib: “Sözün düzü, hamı, xüsusən təşkilatçılar cədvələ dəyişikliklər edilsə də, üçgünlük iş formatının saxlanmasına razıdırlar. Bu bir həqiqətdir ki, Sudzukada istirahət günü kimi günlərdə azarkeşlər bir neçə saat ərzində əla şouya tamaşa edirlər. Lakin bu, əvvəlki günlərdəki yürüşlərin dəstəklənməsinə ziyan vurmamalıdır.
Biz əsaslı təhlildən sonra belə qənaətə gəldik ki, cümə gününün formatını qalanlarına toxunmadan təkrar gözdən keçirməklə, yürüşləri üç gündə keçirmək ən yaxşı həlldir. Təsnifat şənbə günü, yürüş isə bazar günü keçiriləcək.
Gələn il 22-yə çatacaq mərhələlərin sayının artması fonunda komandaların xahişlərini təmin etmək üçün biz cədvəli təkrar gözdən keçirəcəyik ki, komandalar və pilotlar avtodroma bir gün sonra gələ bilsinlər. Detallar haqqında isə ayın sonunda danışacağıq”.