FutbolIdman

Futbol üzrə Azərbaycan çempionatının dördüncü turunun oyunları üçün hakim təyinatları açıqlanıb

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turundakı oyunları üçün hakim təyinatları açıqlanıb.

Frame.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura sentyabrın 14-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Zirə” oyunu ilə start veriləcək. Saat 18:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.

Həmin gün baş tutacaq “Sabah” – “Qəbələ” matçının baş hakimi Vüqar Həsənli olacaq. Saat 20:00-da start götürəcək Bank Respublika Arena”da oynanılacaq.

Sentyabrın 15-də “Bakcell Arena”da keçiriləcək “Keşlə” – “Səbail” oyununda baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matç saat 18:00-da başlayacaq.

Tura həmin gün oynanılacaq qarşılaşma ilə yekun vurulacaq. İki əzəli rəqib – “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gələcək. Əliyar Ağayevin idarə edəcəyi mərkəzi qarşılaşma saat 20:30-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Üç turdan sonra turnir cədvəlinə 9 xalla “Qarabağ” klubu başçılıq edir. Altı xalı olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq, “Zirə” (4 xal), “Neftçi” (4), “Sumqayıt” (3), “Sabah” (2) və “Qəbələ” (0) qərarlaşıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!