Futbol üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Frame.az AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk üçlükdə də dəyişiklik olmayıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü pillədə yer alıblar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!