MaraqlıSəyahət

Gəzməkdən doymayacağınız Banqkok

Əzəmətli sarayları və otantik kanalları ilə valehedici Banqkok da gəziləcək yerlər arasında məbədlər əsas yer tutur.

Təqribən 400-dən çox məbədə ev sahibliyi edən şəhərdəki ziyarətçi axınına məruz qalan üç məbəd Zümrüt Budha məbədi mənasını daşıyan Wat Pra Kaew, Şəfəq Məbədi mənasını daşıyan Wat Arun və Yatan Buda mənasını daşıyan Wat Pho məbədləri.

1782 və 1925-ci illər arasında Siam və Tayland Krallıqlarına ev sahibliyi edən Grand Palace (Böyük Saray) isə Banqkoka getdikdə, görəcəyiniz yerlərin arasında başlıca yer tutmalıdır. 218,400 m2 sahəni əhatə edən və içərisində Wat Phra Kaew məbədinin yerləşdiyi Saray Kompleksi, Thai memarlığının füsunkar nümunələrindən biridir. Sarayı gəzərkən diqqət edəcəyiniz nüanslardan biri də ciddi geyim qayda-qanunlarıdır. Sarayı gəzmək üçün qollarınızın və ayaqlarınızın qapalı olmağı şərtdir.

Banqkoka getmişkən Üzən Bazarı (Floating Market) ziyarət etmədən şəhəri tərk etməyin. Üzən Bazar Banqkok turizminin ən mühüm dayanacaqlarından biridir. Səhər 7-dən günorta 1 arasında faaliyyət göstərən bazarda alış-verişinizi kano (qayıq) ilə həyata keçirə bilərsiniz. Gəmi ilə tur səyahətinə çıxarkən eyni zamanda alış-verişinizi də həyata keçirə bilərsiniz. Meyvə, tərəvəz, hədiyyəlik əşya və daha bir çox istədiyiniz şeyi əldə edə biləcəyiniz Üzən Bazarda bazarlıq etməyi qətiyyən unutmayın.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!