IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Gələn il Bakıda iki “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

Bu ilin sonuna kimi Tovuz, Kürdəmir və Ağcabədidə “ASAN xidmət” mərkəzlərinin açılışı gözlənilir. Gələn il Bakıda 2 “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub. Mərkəzlər paytaxtın Nərimanov və Xətai rayonlarında olacaq. Bununla yanaşı, 2020-ci ildə Balakəndə də “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılıb.

Frame.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov jurnalistlərə açıqlamasında məlumat verib.

Sədr müavini Prezident İlham Əliyevin noyabrın 21-də “Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama da münasibət bildirib: “Sumqayıt ölkəmizin böyük şəhərlərindən biridir. Burada əhali sıxlığı analoji olaraq xidmətlərə müraciət edənlərin sayında da özünü göstərir. Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin açılması şəhərdə vətəndaşlara daha rahat və operativ xidmət göstərməyə şərait yaradacaq. Mərkəzin gələn il tikintisinə başlanacaq. Tikintinin gedişatına uyğun olaraq mərkəzin açılışı ya 2020-ci, ya da 2021-ci ildə olacaq”.

Qeyd edək ki, dekabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə Şamaxıda “ASAN Həyat” kompleksinin açılışı olub. Bu, ölkədə fəaliyyət göstərən sayca 16-cı “ASAN xidmət mərkəzi”dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!