Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub
18 May – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı günü” keçirilib.
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı xəbər verir ki, “Biz təşkilat olaraq “Suraxanı” gəmi muzeyi ilə əməkdaşlıq edərək eşitmə məhdudiyyətli şəxslərin muzeyə əlçatanlığını təmin etmişik. Bu baxımdan ilin hər bir günü eşitmə məhdudiyyəti olan hər bir kəs muzeyi ziyarət edərkən, muzeydə Jest dilində məlumat alma imkanı var. Hər zaman olduğu kimi bu gün Beynəlxalq Muzeylər Günündə birliyimizin eşitmə məhdudiyyətli şəxsləri də xüsusi diqqətdə saxlanılıb. Peşəkar surdo-bələdçinin köməkliyi ilə həmin qrupdan olan uşaqlar üçün muzeyin ekspozisiya zallarına ekskursiyalar təşkil olunub. Bununla da, ASCO, o cümlədən gəmi-muzey daha inklüziv mühitin yaradılmasına töhfə verərək, həssas qrupların cəmiyyətə sürətli inteqrasiyasını təmin etmək məqsədilə göstərdiyi təşəbbüs və səylərə sadiqliyini bir daha nümayiş etdirib. Belə ki, təşkilatımız bu gün iki qrup eşitmə məhdudiyyətli gənclərin ekskursiyasını təşkil etdi. Birinci qrup uşaqlar Sağlamlıq imkanları məhdud uşaqların 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün təşkil edilmişdi. Şagirdlərin asudə vaxtlarının səmırəli təşkili məqsədilə tışkil edilən muzey ekskursiyası, yaddaqalan oldu. Şagirdlırə muzey tərəfindən ASCO-nun təşəbbüsü ilə nəşr olunan “Dənizçilik əlifbası” kitabı da hədiyyə edilib. Dünyada ilk tanker-muzeyinin eksponatları əsasında hazırlanan kitabda dənizçiliyə aid terminlər və onların izahları yer alıb. İkinci qrup isə təşkilatımızın gənc benefessarları üçün təşkil edilmişdi. Təşkilat olaraq məktəbi bitirən şagirdlər üçün də müxtəlif layihələr , informasiya xarakterli gəzinti və turlar təşkil edirik. Bu cür mədəni-kütləvi tədbirlər, müxtəlif informasiyalar haqqında məlumatlar eşitmə məhdudiyyətli şəxslər üçün çox vacibdir. Ümumilikdə təşkilatımız tərəfindən bu gün əlli nəfər eşitmə məhdudiyyətli şəxs “Suraxanı” Gəmi Muzeyini ziyarət edərək , dünyada olan ilk tanker muzey haqqında məlumatlandılar. Muzeydə eşitmə məhdudiyyəti olan şəxslərin informasiyaya əlçatanlığının təmin edilməsi məqsədilə yaradılan şəraitə görə ASCO şirkətinə, “Suraxanı” Gəmi Muzey rəhbərliyinə, muzey bələdçimiz Firuzə xanıma, Jest dili bələdçimiz Nərgiz Abdulovaya xüsusi təşəkkür bildiririk”
Bütün bunlarla bərabər, tədbirdə təbiətə həssas münasibətin vacibliyi də ön planda olub. Dəniz canlılarını yemləmək məqsədilə “Suraxanı”nın göyərtəsində xüsusi dəmir yeşiklərdə qidalar qoyulub və onları yemləmək üçün ziyarətçilərə çağırış edilib. “Yem ver, yaşat” devizi ilə edilən bu çağırışa hər kəs böyük həvəslə qoşulub.