IqtisadiyyatTurizmTəqdimat

Gənc mühəndislər ICOSSE’23 adlı konfransda Azərbaycanı təmsil ediblər

STP Şirkətlər Qrupunun “Sabahın gücü” inkişaf layihəsinin gənc mühəndisləri ABŞ-nin Hyuston şəhərində keçirilən “International Congress on Science, sustainability and engineering 2023” ICOSSE’23 adlı konfransda Azərbaycanı təmsil ediblər.

STP-nin  sponsorluğu ilə “Sabahın gücü” inkişaf layihəsinin iştirakçısı Günel Rəhimli və layihə yoldaşı Aysu Zamanova Amerikanın Kimya mühəndisləri İnstitutu (American Institute of Chemical Engineering) tərəfindən keçirilən “International Congress on Science, sustainability and engineering 2023” adlı konfransda iştirak ediblər. 

Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan gənclərimiz konfransda suyun qurğuşun ionlarından təmizlənməsi və codluğunun azaldılması üzrə fosfatla modifikasiya olunmuş maya göbələyindən istifadə etdikləri lahiyələrini uğurla təqdim ediblər.

Layihə suyun təmizlənməsi üçün sınaq mərhələsində özünü effektiv və sərfəli metod kimi göstərib ki, bu da ölkəmizə suyun təmizlənməsi sahəsində böyük töhfə verə biləcəyindən xəbər verir.

Sənayenin qabaqcıl şirkətlər qrupu olaraq ölkəmizin kadr potensialının inkişafına və iqtisadiyyatın gələcəyinə töhfə verən gənclərin yanında olmaqdan və onların uğurlarına dəstək olmaqdan qürur hissi duyuruq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!