Bizim AşpazDünya MətbəxiLəzzətli Bölüm

Giləmeyvəli cheesecake

İnqredientlər:
• 200 qram peçenye
• 100 qram ərimiş kərə yağı
• 400 qram şəkər tozu
• 600 qram krem pendir
• 650 qram xama
• 3 xörək qaşığı limon suyu
• 4 yumurta
• 3 xörək qaşığı un
• Vanil

Hazırlanması:
Alt qat üçün peçenyəni əzib xırdalayıb üzərinə 100 qram ərimiş kərə yağı və 50 qram şəkər tozu əlavə edib qarışdırılır. Tavanın dibinə sürülərək hamarlanır. 10-15 dəqiqə 180 dərəcədə bişirilir və bi müddət soyudulur. Orta qat üçün 600 qram krem pendir, 250 qram şəkər tozu, 200 qram xam, vanil, 2 xörək qaşığı limon suyu mikserlə qarışdırılır, üzərinə 4 yumurta əlavə edilir.

Alınan duru qarışıq alt qatın üzərinə əlavə edilir və sobaya 180 dərəcədə 50-55 dəqiqə bişirilir. 10 dəqiqə soyudulduqdan sonra üst qat üçün 450 qram xama, 100 qram şəkər tozu, 1 xörək qarışı limon suyundan ibarən qarışıq bu tortun üzərinə yayılır. Sobada 10 dəqiqə 180 dərəcədə bişirilir. Ən az 4-5 saat soyudulduqdan sonra ləzzətlə yeyilir.

Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!