“Göygöl I” yatağından istifadə üzrə açıq hərrac keçirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən “Göygöl I” yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərrac keçirilir.
Frame.az nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, yer təki sahəsindən faydalı qazıntıların çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün tələb olunan sənədləri aprelin 9-u saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət 31 ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər tərəfindən agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim olunmalıdır.