Faydamız OlsunGözəllik

Gözaltı torbalardan xilas olmağın yolları

Gözaltı torbalar bir çox insanı narahat edən problemdir. Lakin mətbəxinizdə olan bir neçə vasitə ilə bu xoşagəlməz haldan xilas ola bilərsiniz.

Gözaltı şişkinliklər və qaralmalara yaxşı təsir edən yaşıl çay paketlərini soyuduqdan sonra gözaltına qoyun. 5-10 dəqiqə saxladıqdan sonra götürün və üzünüzü yuyun. Həftədə üç dəfə bu üsuldan istifadə etsəniz, göz altınızın yaxşılaşdığının fərqinə varacaqsınız.

Arqan yağının faydaları arasında göz altı qaralmalar və qabarıqlığa yaxşı təsir etməsi də var. Hər axşam gözaltını arqan yağı ilə masaj edin. Gecə boyu yumayın. Səhər oyandıqda üzünüzü yuyun. Zamanla fərqi görəcəksiniz.

Çay qaşığını buzxanada saxlayın. Çıxarandan sonra bir neçə dəqiqə əlinizlə gözünüzün altında saxlayın. Güzgüyə baxdıqda fərqi görəcəksiniz.

Hindqozu yağının saysız-hesabsız faydalarından biri də göz altı qaralmalara yaxşı təsir etməsidir. Saat istiqamətinin əksinə və saat istiqamətində hər axşam gözaltını hindqozu yağı ilə masaj edin. Səhərisi yuyun. Bir həftə ərzində qarşılaşacağınız dəyişikliyə inana bilməyəcəksiniz.

Gözaltının göyərməsi və şişməsinin ən böyük səbəblərindən biri qeyri-kafi yuxu, pis qidalanma və az su içməkdir. Kafeinə ara verib bitki çayları, bol su və balanslı yuxuyla gözaltı qaralmalardan xilas ola bilərsiniz.

Kartofu nazik halqalar şəklində doğrayın. Təmizlənmiş gözlərinizin üzərinə yerləşdirin. 5-10 dəqiqə saxlayın. Sonra ilıq suyla üzünüzü yuyun. Bunu həftənin 3 günü təkrar edin. Bənövşəyi ləkələrin yox olmağa başladığını görəcəksiniz.

Xiyar dilimlərini soyuducuda bir saat saxlayın. Soyuyan dilimləri göz qapaqlarınıza yerləşdirin. 5-10 dəqiqə saxlayıb üzünüzü yuyun. Gözaltının nəmləndiyini və bənövşəyi ləkələrin yavaş-yavaş yox olduğunu görəcəksiniz.

Xiyarın suyunu makiyaj təmizləmə vasitəsinə hopdurun. Onları gözlərinizə yerləşdirib bu formada 5-10 dəqiqə uzanın və istirahət edin. Stress dəriyə zərər verir, bunu unutmayın. İstirahət özünüzə verə biləcəyiniz ən yaxşı hədiyyədir.

Soyuducuda soyutduğunuz dəsmalı səhərlər gözlərinizə qoyaraq qabarıqlığı yox edə bilərsiniz.

Soyuq südü makiyaj pambığına hopdurun. Makiyajdan təmizlənmiş gözlərinizə həmin pambıqları qoyun və 10 dəqiqə bu formada uzanın. Sonra üzünüzü yuyun. Həftədə 3 dəfə bunu təkrarlayın. Fərqi görəcəksiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!