Frame LifeSağlamlıqSosialTəqdimat

“Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi davam edir

Bakı şəhərinin Səbail rayonunda “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi davam edir. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Səbail Rayon İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Frame.az xəbər verir ki, yerli icma nümayəndələrinin iştirakı ilə reallaşdırılan layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı maarifləndirmə, hüquqi məlumatlandırma, özünümüdafiənin yollarının aşılanması, qadınlarda özünəinam hissini daha da artırmaqdır.

Bu dəfə layihə çərçivəsində Milli Məclisin deputatı Nigar Arpadarai qızlardan ibarət 30-a yaxın layihə iştirakçısının görüşünə gəlib. O, keçdiyi inkişaf yolundan bəhs edib, işgüzar həyatda üzləşdiyi çətinlikləri dəf etmək, karyera və şəxsi həyatları arasındakı balansı qoruyub saxlamaq barədə gənc xanımları maarifləndirib.

Tədbirdə, həmçinin iştirakçılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisinin psixoloji hazırlıq mövzusunda məruzəsini dinləyiblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!