IdmanTəqdimatTəqdimatƏyləncə

“GUINNESS” REKORDÇUSU ƏLINCƏ QALASINI FƏTH ETDİ

Red Bull atleti Tomas Öhler növbəti dəfə özünə yeni bir çağırış seçdi. Bu dəfə o, Qafqazın ən möhtəşəm qalalarından biri – Naxçıvanda yerləşən Əlincə qalasına üz tutdu.

Velosiped trialı üzrə dünyanın ən güclü və bacarıqlı idmançılarından biri, ikiqat “Guinness World Records” rekordçusu və Avstriyanın dəfələrlə çempionu olan Öhler, başqalarına mümkünsüz görünən marşrutları fəth etməsi ilə tanınır.

Bu dəfə onun marşrutu Əlincə qalasının məşhur pilləkənlərindən keçdi – 1700 metrdən artıq yüksəkliyə qalxan, 1500-dən çox daş pillədən ibarət çətin bir yol. Dar keçidlər, kəskin qalxış və enişlər, sərt bucaqlar bu marşrutu əsl sınağa çevirdi. Burada ən kiçik səhv belə həlledici ola bilərdi. Naxçıvanda yerləşən Əlincə qalası (e. I-VI) əsrlər boyu əlçatmaz hesab olunub.

Bu gün isə o, tarixlə müasir ekstremalın qovuşduğu unikal bir məkana çevrildi. Bəzən bir marşrut kifayətdir ki, əfsanəvi bir məkanı yenidən kəşf edəsən.

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!