Faydamız OlsunMəsləhətSağlamlıqTəqdimat

Gül kələminin faydası

Təəssüf ki, bu faydalı tərəvəz bizdə geniş istifadə olunmur.

Adi baş kələmlə müqayisədə gül kələmi orqanizm tərəfindən daha asan mənimsənilir və köp və digər pozulmalara səbəb olmur.

Gül kələmi tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Bundan əlavə gül kələmin tərkibində B qrupu, A, E, D, K, U kimi çox lazımlı vitaminlər və dəmir, kalsium, kalium, sink, fosfor, mis və s. kimi mikroelementlər var. Belə zəngin tərkibinə görə dietoloqlar gül kələmini “tərəvəzlərin çempionu” adlandırırlar.

Gül kələmi mədə-bağırsaq sistemində müxtəlif pozulmalar olan insanlar üçün olduqca faydalıdır. Belə ki, qastroenteroloqlar bu faydalı tərəvəzi xara xəstəliyi və qastritdən əziyyət çəkən insanlara qəbul etmək tövsiyə edirlər.

Gül kələmi qəbizliklə də mübarizə etməyə kömək edir, ödün ifrazını artırır, həzm prosesləri stimullaşdırır.

Gül kələminin tərkibində nadir U vitamini var ki, bu vitamin mədə və 12 barmaq bağırsağı selikli hissəsinin bərpasına, xora və eroziyaların sağalmasına kömək edir. Məhz bu səbəbdən xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yemək və onun şirəsini içmək tövsiyə edirlər. Gül kələmi şirəsi xoraların sağalması prosesini çox effektli şəkildə tezləşdirir.

Bundan əlavə U vitamini immun sisteminə zərərli birləşmələrin tapılmasında və zərərləşdirməsində böyük kömək edir.

Gül kələmi həzm sisteminin selikli qişalarını qıcıqlandırmır və bu səbəbdən 1 yaşına qədər olan körpə uşaqların ilk əlavə qidalanmasında müxtəlif suplar və pürelərin hazırlanmasında geniş istifadə olunur.

Faydalı xüsusiyyətlərlə yanaşı gül kələmi azkalorili məhsuldur. Bu səbəbdən dietoloqlar arıqlamaq məqsədi ilə tutulan müxtəlif pəhrizlərə bu tərəvəzi tez-tez əlavə edirlər.

Həkimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir, xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.

Gül kələminin tərkibində olan enzimlər orqanizmi cavanlaşdırır, orqanizmə artıq ziyanlı maddələrdən daha tez azad olunmasına kömək edirlər.

Tərkibində olan faydalı maddələrin səbəbinə görə gül kələmi qanın tərkibini yaxşılaşdırır, damarları möhkəmləndirir, mübadilə prosesləri normallaşdırır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!