EventsFashionHandmadeMədəniyyətTəqdimat

Gülnarə Xəlilova Nizami Gəncəvinin 880 illiyi münasibətilə portret janrında “Yeddi gözəl” yaylıq kolleksiyasını yaradıb

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Nizami Gəncəvinin ilinə və dahi şairin və filosofun 880 illiyinə həsr olunmuş portret janrında “Yeddi Gözəl” ipək yaylıqları kolleksiyasını yaradıb. Yaylıqlar  paltarın aksessuarı kimi və divara panno kimi istifadə etmək olar.

Proyekt “Yeddi Gözəl” ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.Layihə rəhbəri və ideya müəllifi: Gülnarə Xəlilova. Animasıya: Ülviyyə Kürçaylı. Rəssam: Vüsalə Zeynallı.

Yeddi gözəl –  Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə yazılmışdır. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Əsərin süjetinin əsasında şah Bəhram Gur haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir.

https://www.youtube.com/watch?v=2JWAoWKyUy0

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!