Gülnarə Xəlilovanın əl işləri Osloda “Şimal hekayələr CİZGİ-ilə” adlı ekspozisiyasında təqdim olunacaq
Norveç və Qarabağ ornamentləri ilə Gülnarə Xəlilovanın əl işləri Osloda “Şimal hekayələr CİZGİ-ilə” adlı ekspozisiyasında təqdim olunacaq.
Yanvarın 7-də Osloda “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by CİZGİ” (“Şimal hekayələr CİZGİ-ilə”) adlı ekspozisiyasının açılışı olacaq. Tədbir Osloda Azərbaycan Evi tərəfindən təşkil olunub.
Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunacaq.
Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.