FashionMaraqlıTəqdimat

Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyası dünya brendləri ilə birlikdə ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq

Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə  IDFW (InternationalDigital Fashion Week)ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunacaq.

Frame.az-ın məlumatına görə, Dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə baş tutacaq.

Xəlilova bildirib: “Yeni həyat formatı yeni perspektivlər açır. “InternationalDigital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən meydançadır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər, dünya brendlərinin kolleksiyaları təqdim olunacaq. Azərbaycanı bu cür əhəmiyyətli beynəlxalq layihədə təmsil etmək mənim üçün böyük şərəfdir”.

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanacaq. FNL şəbəkəsi “Apple TV”, “Roku TV”, “Andriod TV”, “Amazon Fire TV”də, habelə  bütün “Android” və “Apple iOS” qurğularında baxmaq üçün əlçatandır.

Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar.

“FNL Network”in banisi Rokko Leo Qaqliotidir (ABŞ).

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!