Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı
Gürcüstan parlamentində “Dostluq qrupları” haqqında qərar qəbul olunub.
77 deputat sənədin lehinə səs verib.
Qərara əsasən, 36 deputatdan ibarət Azərbaycanla dostluq qrupuna vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək.
Dostluq qrupunda qanunverici orqanın iki – Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz Samxaradze və Sozar Subari də təmsil olunub.
Qrupda yalnız bir müxalif deputat yer alıb. O, Vətəndaşlar Partiyasının sədri Aleksandre Elisaşvilidir.