Həkim, orta tibb işçiləri və rezidentlər üçün təlim-treninqlər keçirilir
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə geniş tədbirlər planı həyata keçirilir. Martın 15-dən başlayaraq Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim və orta tibb işçiləri üçün kiçik qruplarda koronavirusla bağlı təhlükəsizlik və biomühafizəyə yönləndirilmiş xüsusi təlim-treninqlər keçirilir.
İnstitutdan verilən məlumata görə, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox risk altında olan həkim və orta tibb işçilərini virus və ondan qorunma yolları ilə bağlı məlumatlandırmaq, əks-epidemik tədbirlərə hazırlamaqdır.
Həmin təlimlər institutun rezidentləri üçün də azsaylı qruplar şəklində keçirilir. Təlimlərdə onlara koronavirus xəstəliyi, mövcud olan müalicə sxemləri və virusla mübarizə tədbirləri haqqında ən son məlumatlar çatdırılıb və təlim-treninqlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.