EventsTəqdimatƏn Son

“Hərbiyyə-101” düşərgəsinə start verilib

5 sentyabr 2019-cu il tarixində Beyləqan hərbi birliyində “Hərbiyyə-101” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. Düşərgə “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılır.

İştirakçılar öncə Ümummilli lider Heydər Əliyev abidəsi önünə gül dəstələri qoyublar.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Birlik komandiri, general-mayor Mayis Bərxudarov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, könüllülərin çoxsaylı müraciətləri nəzərə alınıb və ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən “Hərbiyyə” düşərgəsi Müdafiə Nazirliyi ilə birgə cari il ərzində ikinci dəfə təşkil olunub. Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi quruculuq işləri ordumuzun istər maddi-texniki, istərsə də mənəvi döyüş ruhunu artırır. Həmçinin daim dövlətçilik, vətənpərvərlik dəyərlərini rəhbər tutan ASAN könüllüləri tərəfindən müxtəlif tədbirlərin təşkil olunduğu vurğulanıb.

Digər qonaqlar da Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Həmçinin ölkəmizdə regionların sosial-iqtisadi inkişafından söz açan qonaqlar ASAN Könüllüləri tərəfindən dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi vətənpərvərlik düşərgəsi 5-10 sentyabr tarixini əhatə edəcək. Düşərgə müddətində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.

“Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!