CinemaTəqdimatƏyləncə

Hakimiyyət, əjdahalar və səssiz kino barədə: Park Cinema-da dolğun həftə

Park Cinema-da bu həftə üç əlamətdar hadisə birdən oldu: iki qapalı nümayiş və səssiz kinonun orkestr vasitəsilə müşayiəti istənilən zövqə malik kino həvəskarları üçün əla hədiyyə idi.  

Frame.az bildirir ki, 19 fevral tarixində Park Cinema Metropark-da baş rolu Kristian Beylin ifa etdiyi rejissor Adam Makkinin “Hakimiyyət” filminin qapalı nümayişi keçirildi. Burada aktyorun qarşısında mühüm məsələ dayanırdı – ABŞ-ın keçmiş vitse-prezidentini oynamaq, onun karyera yüksəlinişini göstərmək.  Amerika kinoakademiyasının üzvləri təkcə Beylin deyil, eyni zamanda bütün çəkiliş qrupunun işini qiymətləndiriblər – “Hakimiyyət” bazar günündən bazar ertəsinə keçən gecə baş tutacaq “Oskar” Mükafatının 8 nominasiyasına namizəddir.

Premyeranın xüsusi qonaqları Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, həmçinin tanınmış teleprodüser və aparıcı Murad Dadaşov oldular.

Növbəti gün artıq ParkCinema “Flame Towers”-də “Əjdahanı necə öyrətməli-3?” cizgi filminin nümayişi baş tutdu.  Bu filmin nümayişi IMAX-da Azərbaycanda bu formatı dəstəkləyən yeganə zalda keçirildi. İkkinq və Bezzubikin macəraları haqqında növbəti seriya xüsusi olaraq feys-artın işlədiyi çoxlu sayda uşağı başına topladı.

Hər iki film cümə axşamı yayıma çıxdılar, onlara Park Cinema.kinoteatrlar şəbəkəsində baxmaq mümkündür.

Fevralın 21-I, cümə axşamı isə Park Cinema Flame Towers-də ParkCinema ilə British Council-un birgə layihəsi çəırçivəsində  1928-ci ildə çəkilmiş  “Yeraltı” səssiz filminin nümayişi baş tutub. Film Azər Hacıəsgərlinin rəhbərliyi ilə canlı orkestrlə müşayiət olunurdu. Bu təşəbbüs tamaşaçıların böyük marağına səbəb oldu.

“Ötən ilin sonunda biz söz vermişdik ki, 2019-cu il tamaşaçılarımız üçün sürpriz ili olacaq və biz sözümüzü tutmaqda davam edirik. Qarşıda hələ çoxlu maraqlı şeylər var”, – şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!