Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 20 il ərzində gördüyü işlər haqqında Hesabat Konfransını təqdim etdi
Dekabrın 15-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının 20 il ərzində gördüyü işlər haqqında Hesabat Konfransı təqdim olundu.
Yığıncaqda Hökumət Təşkilatları, Insan Hüquqları üzrə Müvəkkil Ombudsman, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, Assosiasiyanın üzvləri və KİV nümayəndələri iştirak etmişlər.
Konfransı Salamlama ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru Vüqar Tarverdiyev açmışdır.
Azərbaycanda Hemofiliyanın tarixi haqqında Gülnarə Hüseynova çıxış etmişdir. Daha sonra İTV jurnalisti Vəsilə Vahid qızının təqdimatı ilə “Faktor” filmi nümayiş edilmişdir.
Filmdən sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Ayaz Hüseynov “Azərbaycanda hemofiliya dünən, bu gün, sabah ” adlı hesabat xarakterli təşkilatın fəaliyyəti haqqında məruzə etdi.
Hesabatda aşağıdakı fəaliyyətlər göstərildi:
– Hemofiliyalı xəstələrin maraqlarını müdafiə etmək üçün 20 il ərzində dəfə Səhiyyə nazirliyi ilə müraciətlər olub və görüşlər keçirilib. Müraciətlərdə regionları dərman preparatları ilə təminatı, kadrların təkmilləşdirilməsinə dair, xaricdən mutəxəssilərin dəvəti ilə bağlı, Gəncə və Şirvan şəhərlərində regional mərkəzlərin yaradılması haqqında məsələlər göstərilmişdir.
Əlilliyin profilaktikasına dair Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Mingəçevirdə hemofiliya haqqında məlumatları toplanmasi üçün informasiya mərkəzləri yaradılmışdır.
Azərbaycanın 44 rayon və şəhərlərində və Naxçıvan MR da Hemofiliya problemlərinə dair rayon mərkəzi xəstəxanalarda çox profilli tibb işçiləri üçün seminarlarkeçirilmişdir.
Xarici ölkələrə səfərlər edilib, Konfrans və Konqresslərdə iştirak olunub
Çox saylı düşərgələr, Hemofiliya Məktəbi təşkil edilib. Xarici dövlətlərdə fəaliyyət göstərən vətəndaşlarla təcrübə mübadiləsi aparılıb.
Avropa Hemofiliya konsorsium və Dunya Hemofiliya Federasiyasının Konfrans və Konqreslərində Azərbaycan layiqincə təmsil edilmişdir.
Gələcəkdə qarşıya qoyulan məsələlərin həlli üçün aşağıdakı fəaliyyətlər istiqaməti qeyd edilmişdir.
1. Faktor konsentratlarının 4 beynəlxalq vahidə çatdırıması
2. Hepatit B və C viruslara yoluxan hemofiliyalı xəstələrin tam müalicəsi
3. Faktor konsentratları dərman preparatlarını regionlara paylaşdırılması
4. Hemofiliyalıların tekmilləşmiş elektron bazasının yaradılması
5. Ortoped cərrahların təkmilləşməsi
6. Tibbi genetik laboratoriyanın yaradılması
Konfransda digər qonaqlar: Ombudsman Elmira Süleymanova, İrəli Gənlər Təşkilatının sədri MirHəsən Seyidov, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sosial məsələlər üzrə koordinatoru Nurəddin 1, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Valideynlərlə iş üzrə koordinator Vüsalə Əkbərova çıxış etdilər.
Тoplantıda çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının üzvləri hemofiliyalı xəstələrə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.
Frame.az