Faydamız OlsunGözəllikIdmanPR-TanıtımTəqdimat

“Herbalife Nutrition” komandası “Bakı Marafonu 2019”da iştirak etdi

“Herbalife Nutrition” “Bakı Marafonu2019”a qatıldı. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl dördüncü ildir təşkil olunur.

“Herbalife Nutrition”Bakı Marafonuna ilk dəfə olaraq bu il qatıldı. Qeyd edək ki, artıq 38 ildir fəaliyyət göstərən şirkət, ötən il  Azərbaycan bazarında 5 illik yubileyini qeyd etdi.

“Herbalife Nutrition” balanslaşdırılmışqidalanma sahəsində qabaqcıl şirkət olaraq, çəkiyə nəzarət və fərdi qulluq üçün məhsullar istehsal edir. Bu səbəbdən marafonda iştirak şirkətin qarşısını qoyduğu məqsədlərə çatmaq üçün irəli atılmış addım oldu. Çünki “Bakı Marafonu 2019” Azərbaycanda idmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təşviq etmək və nəcib məqsədlər üçün insanları bir araya gətirmək kimi missiyanı qarşısına qoyub.

“Bakı Marafonu2019” Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə etdi. “Herbalife Nutrition” komandasının tərkibində 53 iştirakçı yer almışdır. Ümumilikdə isə Marafonda iştirak üçün 22 320 nəfər qeydiyyatdan keçmişdir. ABŞ, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Cənubi Afrika Respublikası, Rusiya, İtaliya, İspaniya, Türkiyə və digər ölkələrdən də Marafona qatılanlar vardı. Qaliblər 1.,2., 3. yer uğrunda mübarizə apararaq, müvafiq olaraq 3min, 2min və min manat dəyərində pul mükafatları qazandılar.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!