Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün rəsm dərsi

Heydər Əliyev Mərkəzinin parkında bu həftəsonu uşaqlar üçün rəsm dərsi təşkil olunub. Hər kəsin iştirak edə biləcəyi bu dərsdə uşaqlar müxtəlif rəsmlər çəkib, müəllimlərin tövsiyələri üzrə rəsm vərdişlərini inkişaf etdiriblər.

Frame.az xəbər verir ki, rəsm dərsini rəssam, Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısı, “Tonus Klubu”nun müəllimi Röya Həsənova keçib.

Açıq havada keçirilən dərs həm də uşaqların həftəsonu əyləncəsinin maraqlı təşkilinə imkan yaradıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: