FinansIqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

“Hökumət Ödəniş Portalı” ilə “YAŞAT” Fonduna ianələr mümkün olacaq

Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ediləcək ianələrin Azərbaycan Mərkəzi Bankının (AMB) operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

AMB-dən Frame.az-a bildirilib ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/yasat) və mobil tətbiqindən (“Android” və “iOS” platformalı) istifadə etməklə 24/7/365 rejimində fondun hesablarına vəsaitlərini köçürə bilərlər.

Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://vxsida.gov.az/az/article/1484) yerləşdirilib.

 

“YAŞAT” Fondunun bank rekvizitləri

 

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Mərkəzi filial
Bankın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Tağıyev küç. 3
Bankın telefonları: (+99412) 937
Kod: 805722
VÖEN: 1701393691
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod: IBAZAZ 2X
Benefisiarın adı: YAŞAT FONDU
VÖEN: 1701393691
Hesablaşma hesabları:  
AZN AZ76IBAZ38090019447968925204
TRY AZ98IBAZ38190019497968925204
USD AZ66IBAZ38190018407968925204
EUR AZ46IBAZ38190019787968925204
RUR AZ83IBAZ38190018107968925204
GBP AZ61IBAZ38190018267968925204

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!