EventsFashionFrame LifeMaraqlıTəqdimat

“Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm gecə keçirilib

17.08.18 tarixində Şıx cimərliyində yerləşən “Mambo Beach Club&Restourant”-da “Ilgar Aliyev Models Fashion Night 2018” adlı möhtəşəm mərasim baş tutub.

Artıq 2ci ildir ki, kecirilməyinə baxmayaraq qısa zamanda layihəyə maraq kifayət qədər çoxalib. məqsəd yeni modelleri insanlara təqdim etmək, Azerbaycanda Model sənətinə olan fikri yaxşı tərəfə yonəltmək və inkişaf etdirməkdir.

Bir çox məşur simalar, muğənni, model, fotoqraf, rejissor, stilist ve aktyorların da qatıldığı mərasim surprizlərlə dolu olub. Gecənin aparıcısı Cavid Gül ilk olaraq tədbiri ərsəyə gətirən Ilqar Əliyevi səhnəyə dəvət edib.

İlqar Əliyev hamını salamlayıb ve bildirib ki, artıq 2 ildir ki özünün “Ilqar Aliyev Model School” adlı model məktəbini açıb və yeni modellər yetişdirir. O əlavə edib ki, Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Burada həm yerişinə, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər,  kamera ile düzgün işləmək istəyənlər, düzgün bədən dilinin olması, özünü düzgün təqdim etmək istəyən, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Bu defiledə siz bəlkədə gələcəyin aktyor, aparici və modellerini görəcəksiz.

(Nəzərinizə catdıraq ki Ilqar Aliyev ” Best Model of Azerbaijan 2004” milli gozəllik və model yarişmasının qalibidir. Artıq 15 ildir ki bu sahədə calışır. Bir cox reklam, seriallarda çəkilib, məşur brendlərin defilelərində yer alıb və siması olub. Azərbaycanı dünyada təmsil edən ilk Modellərdəndir.)

Daha sonra ilqar aliyev model məktəbinin 4aylıq kurslarını bitirən 5-25 yaş arası 40a yaxın tələbə ilk dəfə öz numayişlərini göstəriblər. Ilk olaraq Modellər podiuma Paulmark&Ladysharm brendinin geyimləri ilə cıxıblar. Daha sonra fərqli bir defile olub, modeller məkana gətirilən Harley Davidson Bakunun motosikletləri fonunda həmən brendin geyimlerində podiumda yeriyiblər. Bütün modellerin ayaqqabıları ise yerli brend olan Cəkməci Bakudan təqdim olunmuşdu.

Modellərin saç düzümləri və makiyajları dünya brendi olan Schwarscopf Azerbaijan gözəllik salonunun professional ustaları tərəfindən edilmişdi.

Tədbir əsnasında gələn qonaqlar arasında maraqlı podium oyunu kecirilib. Qalib gələnlər VMF şirkətindən gözəl hədiyyələr əldə ediblər.

Bundan əlavə, sevilən mugənnilər Yaşar Yusub ve Ramil Nabran öz mahnıları ilə tədbirə rəng qatıblar. Gecənin sonuna yaxın İlqar Əliyev tərəfindən modellərə diplomlar, mərasimin təşkilatcılığında kömək olan şirkətlərə isə teşəkkürnamələr təqdim olunub.

Diplom alan tələbələr:

 1. Kamran Alməmmədov 2. Rəşad Heydərzadə 3. Tural İşıklı 4. Uğur Əlizadə 5. Qurban Murtuzov 6. Hilal İbrahimov 7. Aytac Cəfərova 8. Aysel Sadıxova 9. Fidan Səmədova 10. Uarda Əhədova 11. Feruzjon Xıdırov 12. Azər Cəfərzadə 13. Şahin Bayramov 14. Əfsanə Muradzadə 15. Fərid Məhərrəmov 16. Orxan Lotfipur Nəsudivər 17. Umxanım Sadıqova 18. Xəyal Balabəyli 19. Nicat Qasımov 20. Banu Məhərrəmova 21. Mehin Əsədli 22. Kamal Əliyev 23. Leyla Salmanzadə 24. Sına Izadı Sharafeh 25. Gunel Dəmirova 26. Leyla Abiyeva 27. Raul qazizadə 28. Aişa Zeynalova 29. Aysel Əliyeva 30. Sabir Əliyev 31. Nərmin Rəhimova 32. Arzu İsayeva 33. Kənan Əskərli 34. Yusif Abdullayev 35. Əsmər Məmmədova 36. Aysel Məmmədova 37. Rüstəm Məmmədov 38. Aynur İbrahimova 39. Hakan Efe Can Kasarer 40. İlqar Aruslamov 41. İlqar İsgəndərov 42. Sədaqət Salmanova

 “Ilgar Aliyev Models Fashion Night” tədbirin sonunda Sirr Şirniyyat evindən hədiyyə gələn böyük tort kəsilib. Gecə Dj China ilə davam edib.

 Təşkilatı dəstək:

Bəhruz Qəlbinur Ibo Dizayner Carousel Wedding&Party Vmf.az Byzade Myprint Novruz İsmayıl Maxdesign Starkids Group

Foto və Video görüntülər:

Rustam Farman Group Nəriman Ismayılov Elnur Eldaroğlu Boom Group Həsrət Məhəbbət Nəsirov Grasia Photographer Rəşad Photo Vüsal Verdiyev

 İnformasiya dəstəyi:

azpress.az  baku.ws bakupost.az big.az

frame.az 7news.az showxeber FTV

Nəzərinizə catdırırıq ki, Ilqar Aliyev Model Məktəbinə qeydiyyat avqust ayının 25indən başlayır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!