Frame LifeSağlamlıqTəqdimat

İcbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsində QHT-lər iştirak edəcəklər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-ləri “2022-ci il kiçik qrant müsabiqəsi”ndə iştirak etməyə dəvət edir. Builki müsabiqəyə 7 istiqamət üzrə layihələr qəbul edilir.

Frame.az-ın məlumatına görə, bununla bağlı açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, agentliyin təşəbbüsü ilə builki qrant müsabiqəsində əhalinin sağlamlığının qorunması ilə bağlı “İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi” mövzusu da yer alıb.

A.Əhmədovanın sözlərinə görə, QHT-lər tərəfindən əsasən ictimai yerlərdə əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsini təşkil etmək arzuolunandır: “Əhalinin bütün qruplarını əhatə etmək üçün daha çox reklam monitorları olan iri ticarət mərkəzlərində, dəmiryolu vağzallarının kassa və gözləmə zallarında, poçt şöbələrində, avtobuslarda, metro və dəmiryolu qatarları, kinoteatrlarda və s. məkanlarda maarifləndirici video və ya audioçarxların yayımını təşkil etmək, maarifləndirici materialların ünvanlı çatdırılmasını təmin etmək və digər bu kimi istiqamətlərdə tədbirlərin görülməsi tövsiyə olunur”.

Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 10 min manat təşkil edir. 2021-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 5 min manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.

Layihələr 2022-ci il dekabrın 1-nə kimi yekunlaşmaqla 3 aya qədər olan müddəti əhatə edə bilər.

Müsabiqənin prosedur qaydaları: Müsabiqə üzrə ərizələrin qəbulu 2022-ci il aprelin 13-dən mayın 5-i saat 18:00-a kimi elektron qaydada həyata keçirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!