IqtisadiyyatTurizmTəqdimatƏn SonƏn Son

İctimai iaşə obyektlərində və mehmanxanalarda növbəti monitorinq aparılıb

Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi ölkə üzrə ictimai iaşə obyektlərində 829 və mehmanxanalarda 68 monitorinq keçirib.

Frame.az xəbər verir ki, keçirilmiş monitorinqlər zamanı ictimai iaşə obyektlərində 21, mehmanxanalarda isə 5 nöqsan aşkar olunub.

İctimai iaşə obyektlərində aşkar olunmuş nöqsanların 67 faizi işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməsi, 19 faizi tibbi maskanın təmin edilməsi ilə bağlı tələbə riayət olunmamasının payına düşür. Mehmanxanalarda aşkar olunmuş nöqsanların 60 faizi mehmanxana daxilində xüsusi karantin otağının ayrılması ilə bağlı tələbə riayət olunmamasına görə qeydə alınıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!