“İdeal” növbəti dünyaca məşhur dəriyə qulluq brendinin təqdimatını keçirib
İyulun 14-də saat 18:00-da “İdeal” parfümeriya mağazalar şəbəkəsi “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən mağazasında dünyaca məşhur “Swiss line” brendinin təqdimatını keçirib.
“Swiss line” məşhur İsveçrə istehsalı olan dəriyə qulluq vasitəsi məhsullarıdır. Məhsulun çeşidləri sırasına dərinin intensiv qulluğu üçün istifadə edilən müxtəlif vasitələr daxildir. “Swiss line” məhsulu dərinin sağlamlığını, gözəlliyini və cavanlığını maksimum dərəcədə uzatmaq məqsədilə hazırlanır.
Məhsulun təqdimatı məşhur ulduzların, bloqqerlərin və media nümayəndələrinin iştirakı ilə baş tutub. Təqdimat mərasimindən sonra şirkət media nümayəndələri üçün mətbuat konfransı keçirib.
Qeyd edək ki, “İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orjinal məhsulları təqdim edir.
“İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. 2 ən böyük filialı “Gənclikmall” və “Nefmall”da yerləşən mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Naxçıvanda da filiallarla təmsil olunur.
Frame.az