II Avropa Oyunlarının azarkeş zonalarından birində Azərbaycan Mədəniyyəti və Ənənələri Günü keçiriləcək
II Avropa Oyunlarının azarkeş zonalarından birində iyunun 20-də Azərbaycan Mədəniyyəti və Ənənələri Günü keçiriləcək. Tədbir 20:00-da başlayacaq.
Frame.az Belarus Respublikasının İnformasiya Nazirliyinin məlumatına istinadla bildirir ki, Azərbaycanın Əməkdar artisti, I və II Avropa Oyunlarının səfiri Tünzalə Ağayeva konsert proqramı ilə çıxış edəcək. O, pop-caz-folk üslubunda bir neçə kompozisiya ifa edəcək.
Gecədə Azərbaycanın və Belarusun xalq kollektivlərinin çıxışları, milli mətbəxin yeməklərinin dequstasiyası olacaq və Bakıda I Avropa Oyunları zamanı çəkilmiş fotoşəkillərin sərgisi keçiriləcək.