IdmanTəqdimat

III MDB Oyunları: Qızlardan ibarət 3×3 basketbol millimiz gümüş medal qazanıb 

Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3×3 basketbol yarışlarına yekun vurulub.

 

Qızlardan ibarət komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda yığmamız Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus yığması turniri üçüncü pillədə başa vurub.

 

Oğlanlardan ibarət komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!