Baku City CircuitFrame LifeTəqdimatƏn Son

İkinci karyera yarmarkasını minə yaxın işaxtaran ziyarət edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı ilə 29-30 oktyabr tarixlərində BŞH Akademiyasında 2-ci karyera yarmarkası baş tutub.

Gənclər arasında böyük marağa səbəb olan yarmarkaya ümumilikdə minə yaxın işaxtaran gəlib. Karyera yarmarkasına evsahibliyi edən BŞH Akademiyasının və BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova yarmarkanın uğurlu keçdiyini bildirib: “Belə tədbirlərin təşkil olunması işaxtaran gənclərə karyeralarını nüfuzlu şirkətlərdə qurmaq baxımından böyük imkanlar yaradır. Biz həm işaxtaran gənclərdən, həm də yarmarkada təmsil olunan şirkətlərdən müsbət rəylər alırıq. Hesab edirəm ki, güclü iqtisadiyyat üçün qabaqcıl şirkətlərin bacarıqlı gəncləri yetişdirməsi və onların inkişafı istiqamətində lazımi dəstəyi göstərməsi olduqca əhəmiyyətlidir”.

“AmCham Azərbaycan”-ın icraçı direktoru Natəvan Məmmədova yarmarkada işaxtaran gənclərin hədəflərinə tezliklə nail olacaqlarına inandığını bildirib: “Tədbir yüksək səviyyədə baş tutdu. Yarmarkada bacarıqlı gənclər iştirak edirdilər. Əminəm ki, iştirakçılar yarmarkanın nəticəsi olaraq nüfuzlu şirkətlərdə arzuladıqları işə sahib olacaqlar”.

Karyera yarmarkasında Azərbaycanda uğurlu şəkildə fəaliyyət göstərən yerli və beynəlxalq nüfuza malik qabaqcıl 30 şirkət təmsil olunurdu. Ötən ilki yarmarkadan fərqli olaraq bu il tədbir bütün işaxtaran gənclərə açıq idi və həmçinin yarmarkaya müxtəlif sahələri əhatə edən çox sayda vakansiya və təcrübə proqramı çıxarılmışdı. Ziyarətçilərin əksəriyyətinin gənclər olduğu yarmarkaya gələnlər sırasında 60 yaşadək olan işaxtaranları da görmək mümkün idi. BŞH Akademiyası ölkədə gənclərin fərdi və peşəkar inkişafına yaxından dəstək göstərmək üçün gələcəkdə də oxşar tədbirlər keçirməyə davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!