İlham Əliyevin “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kees ‘t Hart ilə görüşü olub
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kees ‘t Hart ilə görüşü olub.
Görüşdə “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.
Carlsberg Azerbaijan-ın “AzərŞəkər” ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda pivəlik arpanın 100% lokallaşdırdığı bildirildi. Görüş zamanı səməni istehsalı zavodunun “AzərŞəkər” şirkəti tərəfindən yaxın zamanda təməli qoyulacağı və 2024-cü ildə fəaliyyətə başlanmasına dair planlar müzakirə olundu.
Kees ‘t Hart Şirkətimizin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.