“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçirilib
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 28 noyabr, 2017-ci il tarixində “İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar həyata keçirilmişdir.
Məqsəd Seminarın əsas məqsədi gənclərə biznesin qurulmasında təməl alətlərin müəyyən edilməsi, start-up layihələr hazırlanmasına dair təcrübənin bölüşülməsi barədə məlumatlandırmaqdır. Seminarın qonağı Enaktus Azərbaycan təşkilatının rəhbəri Kəmalı Məmmədova olmuşdur.
M.Kəmalı gənclərə biznes və sahibkarlıq anlayışları barədə, biznesin reallaşdırılmasında təməl alətlərin qurulması, büdcəyə doğru nəzarət edilməsi və müxtəlif ideyalardan təməl biznesin qurulması mövzusunda təcrübəsini gənclərlə bölüşdü. Seminar diskusiyalarla interaktiv şəkildə baş tutdu.
Sonda AGAT sədri Lalə Mehhiyeva mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşdü və gəncləri növbəti seminara dəvət etdi.
Frame.az