FinansTurizmTəqdimat

İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır

(®️)  “Unibank”ın mobil bankçılıq xidməti olan Leobank, birbaşa tətbiqin içində investisiya funksiyasını işə salıb.

600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.

İndi Leobank müştəriləri bunlara investisiya edə bilər:

– dünyaca məşhur ABŞ şirkətlərinə (məsələn, Apple və ya Tesla) və ABŞ fond bazarında siyahıya alınmış ən böyük beynəlxalq kompaniyalara;

– indekslərə (S&P 500 və Dow Jones daxil olmaqla),

-kriptovalyutalara (Bitcoin, Ethereum və s.).

“İnvestisiyalar” xidməti Leobank müştərilərinə bir neçə toxunuşla öz portfelini idarə etmək, eləcə də bazar xəbərlərini birbaşa tətbiqdə izləmək imkanı verir.

Səhmləri almaqla, müştərilər bu şirkətlərin səhmdarları olurlar və səhmlərə sahib olduqları müddət ərzində dividendlər (səhmlərə dividend gözlənilirsə) əldə edirlər. Bir şirkətin səhmlərində qiymət artımı olduqda, müştəri portfeli də öz qiymətini artırır.

Müştərilər Amerika fond bazarının iş saatları ərzində (iş günləri Bakı vaxtı ilə saat 18:30-dan 01:00-a qədər) səhmləri ala və sata bilərlər, eyni zamanda, vaxt məhdudiyyəti olmadan kriptovalyuta ilə ticarət edə bilərlər.

Alış Leobank kartı ilə həyata keçirilir. Səhmlərin və indekslərin alqı-satqısı üçün komissiya 0,5%, kriptovalyutalar – 2% ( 1 manatdan az olmayaraq) təşkil edir.

İnvestisiyaların təhlükəsizliyinə görə isə bank müştəriləri narahat olmaya bilərlər. Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq, “Unicapital” İnvestisiya Şirkəti tərəfindən həyata keçirilir. Əməkdaşlığın təfərrüatları Leobank tətbiqinin “İnvestisiyalar” bölməsində ətraflı təsvir edilib.

İnvestisiya əlavə gəlir gətirə bilər, lakin unutmayın ki, uğur qazanmaq bazarların vəziyyətindən asılıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!