EventsIqtisadiyyatTəqdimat

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) öz üzvləri üçün ABŞ Konqresinin yüksək ranqlı rəsmilərindən ibarət nümayəndə heyətinin iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Bununla yanaşı, işgüzar naharda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı tərəfindən “Doing Business” islahatlarının (Azərbaycan İqtisadi İslahatlarınİcmalı) Xüsusi buraxılışının  təqdimatı nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə 200-dən çox qonaq iştirak edib.

Tədbiri açıq elan edən “AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova yüksək vəzifəli qonaqları Bakıda salamlamaqdan məmnunluq hissi duyduğunu bildirdi. O, vurğuladı ki, bu cür səfərlər Azərbaycan və ABŞ arasında ən yüksək şəkildə aparılan dialoqun layiqli səviyyəsini əks etdirir.Tədbir üzvlərin, “Deloitte Azerbaijan” və “Princeps Legem” şirkətlərinin təqdimatları ilə davam etdirilib.

Sonra “AmCham Azərbaycan”nın prezidenti cənab Nuran Kərimov Vüsal Qasımlını Palatanın üzvləri qarşısında çıxış üçün dəvət etdi. Vüsal Qasımlı öz nitqində vurğuladı ki, Azərbaycanda islahatların aparılması ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və hökumətin davamlı dəstəyi iləən yüksək səviyyədəhəyata keçirilir. O, qeyd etdi ki, Azərbaycan islahat istiqamətləri üzrə 10 meyara əsasən Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında iştirak edən 190 ölkə arasında 8 pillə irəliləyərək57-ci yerə yüksəlib. O,əminliklə bildirdi ki, ölkədə həyata keçirilməkdə olan islahatların gedişinin artan templə davam edəcəkdir.

Daha sonra cənab Kərimov ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri cənab Bob Qudlat vəKonqresə seçkilər üzrə Texas ştatının 28-ci seçki dairəsindən seçilmiş ABŞ nümayəndəsi cənab Henri Kuellar auditoriyaya təqdim etdi. Adıçəkilən şəxslər Azərbaycana səfərdən əldə etdikləri təəssüratlar və təcrübələr barədə qısaca məlumat verdilər. Eyni zamanda, hər iki natiq Azərbaycan və Amerika BirləşmişŞtatlarının Amerika və Azərbaycan xalqı üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə səmərəli əməkdaşlığı davam etdirəcəyinə ümidvar olduqlarını bildirdi. Cənab Qudlat və cənab Kuellar bu cür əməkdaşlığın terrorçuluqla mübarizə, yeni iş yerlərinin yaradılması və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılması sahəsində böyük potensiala malik olduğunu vurğuladılar. Sonda, onlar işgüzar naharın iştirakçılarına və bütün Azərbaycan xalqına firavanlıq və daha böyük nailiyyətlər arzuladılar.

Qeyd edək ki, Palatanın təşəbbüsü olan və “AmCham Azərbaycan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı, aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər bir sektorunda fəal olan 280-dan çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!