IqtisadiyyatSəyahətTurizmTəqdimat

İşgüzar Tədbirlər Sənayesi Alyansı yaradılır

Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır. Bu məqsədlə 10-11 apreldə Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib.

İrimiqyaslı işgüzar tədbirlərin keçirmək imkanına malik olan məkanlar, hotellər, həmçinin peşəkar konfrans təşkilatçıları, aviaşirkətlər, tur operatorların nümayəndələri ilə təşkil olunan görüşlərdə bu cür tədbirlərin keçirilməsinin qarşılıqlı faydalı əməkdaşlıqlar üçün verə biləcəyi töhfələr barəsində müzakirələr aparılıb. Görüşlər zamanı yaradılacaq təşkilatın strukturu,  fəaliyyəti, gələcək planlar haqqında məlumat verilib, sənaye iştirakçılarının fikirləri dinlənilib.

Müxtəlif mövzulu beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərin Azərbaycanda keçirilməsi turizmin şaxələndirilməsi və il boyu turizm imkanlarının təklif edilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsi istiqamətində işlər görülür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!