IqtisadiyyatTurizmTəqdimat

İspaniyada Azərbaycanın işgüzar turizm imkanları təbliğ olunub

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 6 tərəfdaş turizm sənayesi nümayəndəsi 28-30 noyabrda İspaniyada keçirilən “IBTM World” sərgisində milli stendlə təmsil olunub.

Beynəlxalq sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye üzvlərinin sayını artırmaqdır.

Sərgi çərçivəsində xarici turizm sənayesi nümayəndələri ilə B2B formatda görüşlər keçirilib və Azərbaycanın işgüzar turizm imkanlarının təqdimatı baş tutub.

Qeyd edək ki, 1987-ci ildən bəri hər il Barselona şəhərində keçirilən “IBTM World” görüşlər, konfranslar və tədbirlər üzrə ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri sayılır və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir.

Bu il 150 ölkədən 2250 turizm sənayesi nümayəndəsi sərgidə iştirak edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!