AirnewsSəyahətTurizm

İstanbulda “Türk Hava Yolları”nın korporativ konfransı keçirilib

Digər aviaşirkətlərdən daha çox ölkələrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Qlobal Biznes Səyahət Assossiasiyası (GBTA) ilə birlikdə İstanbulda “Türk Hava Yolları” Korporativ Klub Konfransına ev sahibliyi edib. Bu konfrans sənaye liderlərinin şəbəkə yaratdığı və biznes səyahətlərini müzakirə edə biləcəyi, həmçinin, “Türk Hava Yolları”nın fəaliyyət göstərdiyi geniş qlobal uçuş şəbəkəsi sayılan 60 ölkədən 600-dən çox iştirakçının qatıldığı illik beynəlxalq tədbirdir.

Konfransın builki mövzusu “Gələcək üçün təməl”dir, mövzu 3 səviyyəni əhatə edir: Türkiyə ölkə kimi, “Türk Hava Yolları” uçuş sənayesində qlobal aviadaşıyıcı kiminı aviadaşıyıcı və turizm sənayesi. Türkiyə son illərdə iqtisadiyyat və infrastrukturunda böyük bir keçid yaşadı və bu ilin oktyabrın 29-da açılacaq, yeni İstanbul Hava Limanı 2023-cü ildə dünyanın ən böyük hava limanına çevriləcək. Yeni Hava Limanının çox gözlənilən açılışı İstanbulu “dünyanın mərkəzi” olaraq təqdim edəcək və il ərzində 200 milyon sərnişin qəbul etməsi planlaşdırılır. “Türk Hava Yolları”nın genişlənməsi dünya standartlarının tələblərinin artması nəticəsində beynəlxalq aviadaşıyıcının 2023-cü ilə 120 milyon sərnişin və 500 təyyarədən ibarət donanma hədəfinə yiyələnməyə kömək edəcək.

“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Mehmet İlker Aycı bildirib: “Şirkətimizin son dövrdəki iqtisadi inkişafına istinad edərək, 2018-ci ilin oktyabr ayında istifadəyə veriləcək yeni İstanbul Hava Limanının açılışı ilə əlaqədar “Türk Hava Yolları” üçün əhəmiyyətli ildir. “Türk Hava Yolları”nın yeni evinə çevrilməsi daha yaxşı şanslara və artan şəbəkəyə imkan yaradaraq korporativ və biznes sərnişinlərinə səmərəli və innovativ bir xidmət təklif edərək onlara xoş səyahət təcrübəsi yaşadacaq”.

“Türk Hava Yolları” Korporativ Klubu yenilənmiş sadiq proqramı ilə dəyərli müştərilərinə iş səyahəti üçün vaxta qənaət edərək əyləncəli və təhlükəsiz uçuş təklif edir. Biznes-sinif qonaqları əvvələcədən təyyarədə yerləşmə, uyğun bilet və “CIP Lounge” imkanlarından faydalanmaq şansı əldə edir. Biznes-sinif sərnişinləri ödənişsiz Wi-Fi, açıla bilən yataqlar və uçuşdaxili əyləncə və texnologiyalardan rahatlıqla istifadədən yararlanır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!