İtaldizain Group şirkətindən inanılmaz hədiyyənin sahibi açıqlandı!
İtaldizain Group tərəfindən keçirilən “Payız Festivalı” çərçivəsində son bir ayda şəhərimizin bir sıra butiklərərində müxtəlif maraqlı, mədəni-əyləncəli tədbirlər keçirildi.
Müştərilər üçün sevdikləri brendlərin yenilikləri haqda maraqlı prezentasiyalar və unudulmaz masterklaslar təşkil olundu.
Festival çərçivəsində keçirilən tədbirlər müxtəlif yaşları əhatə etdiyindən çoxları tərəfindən böyük maraqla qarşılanmışdır.
Bu həftəsonu isə “Payız Festivalı” Ambiance Home Textile butikində yekunlaşdı! Beləliklə “Payız Festivalı” zamanı İtaldizain butiklərində alış-veriş edən hərkəsLaplandiyaya 2 nəfərlik unudulmaz səyahət paketi əldə etmək imkanı yaranmışdı. Noyabrın 4 isə sehrli Laplandiyada 2017-ci ili qarşılayacaq bu bəxtəvər müştərinin kimliyi açıqlandı! Qalibi təbrik edir və səyahətdən şirin xatirələrə çevriləcək gözəl təəsüratlarla dönməyi diləyirik.
#italdizain #payizfestivali #ambiancehometextile Ambiance Home Textile Frame.az