İtaliya Çempionatı 6-cı tur
Çempion əzəli rəqibini darmadağın etdi. “Yuventus” evində qəbul etdiyi “Torino” komandasına futbol dərsi keçdi. Hesab görüşün 26-cı dəqiqəsində açıldı. Rinkon’un səhvindən sonra topu ələ keçirən Dibala uzaq küncü dəqiq nişan aldı 1:0. Hissənin tamamına beş dəqiqə qalmış fərq iki topa çadı. Bu dəfə Pyaniç Kuadrado’nun ötürməsindən sonra topu Siriqu’nun qoruduğu qapıdan keçirib 2:0. İkinci hissədə də sakitləşməyən Yuve rəqibini daha iki dəfə cəzalandırmağa müəffəq oldu. 57-ci dəqiqədə Aleks Sandro Pyaniç’in künc zərbəsindən ötürdüyü topu başla qapıdan keçirdi Oyunun sonuncu dəqiqəsində isə Dibala fərqlənərək özünün ikinci, komandasının dördüncü topunu vurdu. 4:0 hesabı ilə inamlı qələbə qazanan “Yuventus” xallarının sayını 18-ə çatdırdı. Yuventusla eyni xalı olan Napoli’də turu qələbə ilə başa vurdu. Debütant Spal’ın qonağı olan Neapollular çətinliklə olsa səfərdən 2:3 hesablı qələbə ilə qayıtdı. Ötən tur “Bolonya” ilə matçda xal itirən “İnter” komandası bu turu qələbə ilə başa vurub. Öz meydanında Cenoa’ya 1:0 hesabı ilə qalib gələn “İnter” üçüncü pillədəki yerini qoruyub. “Milan” gözlənilmədən səfərdə “Sampdoriya” komandasına 2:0 hesabı ilə məğlub olub. Fiorentina – Atalanta matçı 1:1 hesabı ilə başa çatıb. “Roma” öz meydanında Udineze’yə qalib gəlib 3:1. Spal – Napoli 2:3 Yuventus – Torino 4:0 Verona – Latsio 0:3 İnter – Cenoa 1:0 Sampdoriya – Milan 2:0 Roma – Udineze 3:1 Kalyari – Kyevo 0:2 Krotone – Benevento 2:0 Sassuolo – Bolonya 0:1 Fiorentina – Atalanta 1:1
Frame.az
PƏRVİN BAYRAMOV