“Jara” iştirakçılarının və qonaqların təhlükəsizliyi daima diqqət mərkəzində olub
Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində – “Sea Breeze Resort”da keçiriləcək “Jara 2019” Dördüncü Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Frame.az xəbər verir ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edib. “Jara-2019” festivalının hazırlıq işlərinə həmişəki kimi təxminən bir il vaxt sərf olunub.
Yeri gəlmişkən qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Dörd gün ərzində əsl musiqi bayramı yaşanıb. İştirakçılar etiraf ediblər ki, çox festivalda iştirak etsələr də “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir. Festival çərçivəsində bir çox ünlü sənətçinin yaradıcılıq gecələri də təşkil olunub. İfaçılar öz repertuarlarından hit mahnıları səsləndiriblər.
Tez-tez ölkəmizdə belə möhtəşəm tədbirlərin keçirilməsi həm də təhlükəsizlik, sabitlik baxımından çox böyük önəm daşıyır. Hər bir tədbirdə olduğu kimi, “Jara”da da festival iştirakçılarının və qonaqlarının təhlükəsizliyi daima diqqətdə saxlanılıb. Bu işə cavabdeh qurumlardan biri də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi olub. Festival Xəzər sahilindəki istirahət mərkəzindən birində təşkil edildiyindən idarənin əməkdaşları üzərinə böyük məsuliyyət düşüb. Hər zaman insanın özünü təhlükəsiz məkanda daha yaxşı və sərbəst hiss etdiyini nəzərə alsaq, bu işə cavabdeh olanların məsuliyyətini tam anlamış olaraq. Bura gələn ünlü sənətçilər, elə də onların çoxsaylı pərəstişkarları təkcə işlərini oxumaq və dinləməklə bitmiş hesab etmir. Eyni zamanda, onlar isti yay günlərinin dadını çıxarmaq üçün dənizə də üz tuturlar. Məhz burada onların gözəl istirahətinə cavabda olan qurum Su Nəqliyyatında Polis İdarəsi olub. İdarənin 10-dan çox əməkdaşı növbəli iş rejimində əraziyə tam nəzarət edib. Dövlətçiliyimizin keşiyində duran polislərimiz hər zaman olduğu kimi yenə də öz vəzifələrinin şərəflə, vicdanla yerinə yetiriblər.
Demək olar ki, hər gün internet saytlarında öz peşəsinə sadiqliyi ilə seçilən, işinin məsuliyyətini anlayan, dövlətə və dövlətçiliyiə xidmət edən, insanlara köməklik göstərən, cinayətkarlara qarşı amansız olan polislərimiz haqqında müxtəlif yazılara rast gəlir və onları oxuyuruq. Bu sırada su polisinin də öz payı var. Əgər belə olmasaydı “Su polisi əməkdaşları uğurlu əməliyyat keçiriblər”, “Su polisi balıqçının həyatını xilas etdi”, İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub”, “Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs su polisi tərəfindən xilas edilib” kimi sərlövhələrə rast gəlməzdik.
Onlar həmişəki kimi, bu dəfə də “Jara” festivalında sayıqlıqlarını itirmədilər. Bəlkə də festivalda olanların çoxu onların bu fədəakarlıqlarından xəbərsizdir. Bu, heç də onlar üçün önəmli deyil, əsas görülən iş və uğurlu nəticədir. Onlar öz işlərini hər zamanlı kimi günü 24 saatında, isti, külək, yağış və soyuq bilmədən vicdanla yerinə yetirirlər. Bir sözlə “Jara”nın istisi onları yormadı.
Qeyd edək ki, ildən-ilə coğrafiyası genişlənən bu festivalın növbəti ildə Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.