EventsFestivallarJazzMusiqi

Beynəlxalq Muğam Mərkəzində məşhur caz ifaçılarının konserti keçirilib

Oktyabrın 15- də Beynəlxalq Muğam Mərkəzində, “Bakı Jazz” festivalı çərçivəsində,  hazırda xaricdə yaşayan məşhur bakılılar – virtuoz pianoçu,cazmen Leonid Ptaşkanın və əməkdar artist, gitaraçı  Həsən Bağırovun konserti keçirilib.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Jazz Dünyası” jurnalının dəstəyi ilə həyata keçirilir.
 Istedadlı musiqiçi Leonid Ptaşka 1990-2000-ci illərdə İsraildə cazı populyarlaşdırıb. Amerika Bioqrafiya İnstitutunun versiyasına görə, o, XX əsrin 100 ən yaxşı cazmenlərindən biri sayılır. L.Ptaşka El Foster, Herb Alpert, Freddi Habbard, Valeri Ponomaryov, İqor Butman və başqa populyar musiqiçilərlə əməkdaşlıq edərək  bir ildə iki yüzə yaxın konsertlərlə dünya tamaşaçısını sevindirir.
Həsən Bağırov Sankt-Peterburqun və Moskvanın aparıcı caz gitaraçılarından biridir. Onun repertuarına müxtəlif musiqi janrları, o cümlədən caz, bossa-nova, fyujn kimi janrlar daxildir. H.Bağırov səhnə fəaliyyəti ilə yanaşı, Sankt-Peterburq Mədəniyyət Akademiyasında gitarada caz ifası sinfini aparır.
 Festival çərçivəsində ilk dəfə bir yerdə çıxış edən  ifaçılar  vətənimiz haqqında ürək sözlərini bildirdilər və cazın müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdilər.
Konsertin aparıcısı Tofiq Həsənsoy idi.
Tamaşaçılar musiqiçiləri böyük maraqla qarşıladı.

Oktyabrın 18- də Beynəlxalq Muğam Mərkəzində “I am jazzman!” adlı müsabiqə qaliblərinin qala-konserti keçiriləcək. Biletləri şəhərmizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və İticket. az (online) saytında əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!